Xəzər rayonunda təhlükə yaradan “lyuk” problemi həll olundu. Bu haqda 10 yanvar tarixində Bakuplus.az-a məlumat daxil olub.
Yanvarın 5-i, Şağan qəsəbəsi, 124 nömrəli tam orta məktəbin qabağında açıq “lyuk” problemini işıqlandırmışdıq. Qapaqsız olan kanalizasiya quyusu şagirdlərə və yol ilə hərəkət edən avtomobillərə təhlükə saçırdı. Xüsusilə də axşam saatlarında problem təhlükəli hala çevrilirdı.
Bu gün məlumat aldıq ki, açıq qalan kanalizasiya quyusuna yeni qapaq qoyulub və sakinlər üçün olan təhlükə aradan qaldırılıb.