Novxanı qəsəbəsində silsilə oğurluq edən paytaxt sakini saxlanılıb. Bu haqda bu gün, 11 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ramin Rzayev şübhəli şəxs qismində saxlanılaraq barəsində cinayət işi açılıb.
Qəsəbə ərazisində yerləşən evlərin birində bir neçə oğurluq faktları qeydə alınıb. Bununla əlaqədar ev yiyəsi mühafizə polisi ilə müqavilə bağlayaraq, yaşayış yerini nəzarətə götürüb.
Şübhəli şəxs növbəti dəfə evə girərkən, “həyəcan” siqnalı daxil olub və polis əməkdaşları hadisə yerinə cəlb olunublar. Şübhəli şəxs hasardan qaçmaq istəsə də, bu mümkün olmayıb.
Faktla bağlı araşdırma davam edir.