16 yanvar tarixində Bakıda “Cəhənnəmə gedən özünə yoldaş axtarar” tamaşası nümayiş olunacaq. Bu haqda BakuPlus YARAT Müasir İncəsənət Mərkəzinə istinadən xəbər verir.
İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtarar” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Tərlan Rəsulovdur.
Müasir insanların bir-biri ilə ünsiyyət və münasibət qura bilməməsindən bəhs edən tamaşa, eyni vaxtda ARTIM Layihə Məkanının üç zalında, üç dildə (azərbaycan, rus, ingilis) səsləndiriləcək.
Saat 17:00 və 19:00-da nümayiş olunacaq tamaşaya giriş öncədən qeydiyyatla olacaq.
Qeydiyyat və əlavə məlumat üçün əlaqə nömrəsi: +994 50 251 41 17