Bakının Binəqədi rayonunda qətl törətməkdə təqsirləndirilən Mehdi Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 12 yanvar tarixində Report məlumat verib.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarov tərəfindən oxunub.
Hadisə 2021-ci il martın 14-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş vermişdir. M.Abdullayev məişət münaqişəsi zəminində kürəkəni, 40 yaşlı Taleh Mirzəyevi bıçaqlayaraq öldürmüşdür. Abdullayev qəsdən adam öldürmə maddəsi ilə həbs edilmişdir.