Paytaxt məktəbliləri arasında şahmat turniri keçirilib. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə keçirilən yarış Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunub.

“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda paytaxtdakı 5, 9, 14, 19 və 211 nömrəli tam orta məktəblərin şahmat həvəskarı olan şagirdləri qarşılaşıblar.

İlk üç yerin sahiblərinə medal və müxtəlif hədiyyələr təqdim olunub. Digər iştirakçılar isə sertifikatla mükafatlandırılıblar.

Mükafatlandırmada Vüqar Həşimovun adını daşıyan akademiyanın nümayəndələri, görkəmli şahmatçının ailə üzvləri, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimləri iştirak edib.

Bakıda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı
Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı
Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı