Bakıda “AXIN” adlı rəsm sərgisinə əsərlər qəbul olunur. Bu haqda Bakuplus.az Dövlət Rəsm Qalereyasına istinadən xəbər verir.
Gənclərin istedad və bacarıqlarını üzə çıxarmaq üçün təşkil olunan sərgi 2 fevral tarixində nümayiş olunacaq.
Özünə güvənən fərdlər sərbəst mövzulu əsərlərini 24 yanvar tarixinə qədər “AXIN” kart nömrəsi, əlaqə nömrəsi, rəsmin adı, ölçüsü, texnikası, satılırsa qiyməti ilə birgə [email protected] ünvanına göndərmələri xahiş olunur.