Bakıda yanvarın 18-də Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı baş tutub. Bu haqda Bakuplus.az-a məlumat daxil olub.
Heykəl İçərişəhər metro stansiyasının qarşısında ucaldılıb. Heykəlin müəllifi Xalq rəssamı Xanlar Əhmədovdur.
Açılışda Prezident İlham Əliyev iştirak edib.
2019-cu ildə H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirilmişdir. 26 əsər arasında Xanlar Əhmədovun işi qalib olmuşdur.
