Yenilənmiş ticərət kompleksi “Şərq Bazarı” açılmaq üzrədir. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus məlumat verir.
İşlər PMD Project inşaat şirkəti tərəfindən aparılır və yaxın aylarda yekunlaşmalıdır. Kompleks bazar, emalatxanalar, hamam, daxili bağ, muzey texniki və inzibati texniki ərazidən ibarətdir. Kompleksin günbəzlərindən birinin altında “Food court” yemək meydançası da yerləşəcək. Bazar ərazisi konseptual olaraq bir-birindən fərqlənəcək üç hissəyə bölünür.
“Şərq bazarı” keçmişin, bu günün və gələcəyin irsini əks etdirən XX əsr Azərbaycan memarlığının tarixi ənənələrini müasir texniki üsullarla davam etdirir. 1982-ci ildə memarlar P.İ. Yarinovski və U.V. Revazov layihəsi əsasında tikilmiş “Şərq bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə respublikanın tarix və memarlıq abidələri siyahısına daxil edilmişdir. Eyni zamanda, bu, Azərbaycan tarixində Şərqin ən böyük memarlıq mükafatı olan “Ağa Xan” Memarlıq Mükafatına namizəd olan ilk layihədir.