Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu haqda APA xəbər verib.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gecədə Qara Qarayevin “Matəm odası”, Azər Rzayevin “Bakı-90” simfoniyası, Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən Adajio ifa olunub.

Orkestr Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə çıxış edib.