“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları Daun sindromlu uşaqlarla görüş keçiriblər. Bu haqda BakuPlus 22 yanvar tarixində xəbər verir.
Qurumun əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 №-li ümumi orta məktəbdən nəzərdə tutulmuş “İstedArt” mədəni-xeyriyyə layihəsində iştirak edəcək uşaqlarla görüşüblər.
Görüşdə balacalarla layihənin yeni sezonu müzakirə olunub. Həmçinin, görüş zamanı uşaqlarla sual-cavab formatında müzakirələr və söhbətlər aparılıb.
İçərişəhər Qoruğunun əməkdaşları Daun sindromlu uşaqlarla görüşüblər











