Daxili İşlər Nazirliyi (DİN) idmançı Gözəl Zutovaya məxsus əşyaların oğurlanması faktı ilə bağlı araşdırmalara başlayıb. Bu haqda bu gün, 24 yanvar tarixində Report xəbər verib.

Hadisənin təfərrüatları Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi tərəfindən araşdırılır.

Bildirilir ki, ünvanda kameraların qeydləri, əşyaların hansı şəraitdə itməsi və ya oğurlanması yoxlanılır.

Gözəl Zutova Azərbaycanı bir neçə idman növündə təmsil edib.