Paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində hərəkət birtərəfli olaraq dəyişdirilib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Küçədə 7 məntəqədə piyada keçidləri quraşdırılıb, 120 avtomobil üçün parklanma yerləri təşkil edilib.

Sürücülər Təbriz küçəsindən Heydər Əliyev prospektinə getmək üçün İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla kimi digər alternativ küçələrdən də istifadə edə bilərlər.

Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Youtube kanalı
Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Youtube kanalı