1969-cu ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən lentə alınan “Bir cənub şəhərində” filmi bərpa olunub. Bu barədə APA Azərbaycan Kinematoqrafçılar İttifaqına istnadən məlumat verib.
Filmin bərpa olunması “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən aparılıb. “Bir cənub şəhərində” filminin yenilənmiş versiyası yanvarın 27-də saat 19:00-da “Nizami” kinoteatrında nümayiş olunacaq.
Rejissoru Eldar Quliyev, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan filmdə Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Suzan Məcidova, Almaz Əsgərova və başqaları çəkilib.
“Balans” Milli Rəqəmsal Bərpa Studiyası əvvəllər 1960-cı ildə istehsal olunan Tofiq Tağızadənin “Mateo Falcone” və 1973-cü ildə Həsən Seyidbəylinin “Nəsimi” əsərlərini bərpa edib.