Paytaxtın Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bakı şəhər sakini Ə.Əzizov müxtəlif vaxtlarda rayon ərazisindəki evlərdən ümumilikdə 2 ədəd televizor, inşaat materialları və 1 sexdən 3000 manatlıq avadanlıq oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.