Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim olunacaq. Bu barədə teatrın mətbuat xidməti məlumat verib.

Əsas partiyanı Azərbaycanın Əməkdar artisti Ramil Qasımov (Əsgər) ifa edəcək. Tamaşada həmçinin Xalq Artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Sultan bəy), Gülüstan Əliyeva (Cahan), Tural Ağasıyev (Süleyman), Səbinə Vahabzadə (Asya), Sadiq Məlikov (Vəli) iştirak edirlər. Gülçöhrə obrazını ilk dəfə olaraq səhnədə Fatimə Cəfərzadə təcəssüm etdirəcək.

Tamaşanın dirijoru Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.

Operetta 1913-cü ildə Hacıbəyov tərəfindən yazılmışdır. Yüz əsr sonra, 2013-cü ildə YUNESKO-nun Baş Konfransının qərarına əsasən, dünyada ən məşhur musiqi əsərlərindən biri və müsəlman dünyasında ilk operetta olan “Arşın mal alan” operettasının 100 illiyi bütün dünyada qeyd olunmuşdur.