Sabah, Bakıda sulu qar yağacaq. Bu haqda BakuPlus Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.