Nərimanov rayonunda Fövqəladə Hallar Nazirliyinin işçiləri pişiyi hilas ediblər. Bu haqda 26 yanvar tarixində Bakuplus.az Saleh Nasirovun İnstagram səhifəsinə istinadən xəbər verir.

Yanvarın 25-də 204 saylı orta məktəbin yaxınlığında pişik həyət itlərindən qorxaraq ağaca çıxıb və yerə düşə bilməyib. Bunu görən sakinlərdən biri FHN-nin qaynar xəttinə zəng edərək kömək istəyib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal heyvanın köməyinə gəliblər. Onlardan biri ağaca dırmaşaraq qorxmuş pişiyi ehtiyatla ağacdan çıxarıb, aşağı endirib.