Bakıda çantalar oğurlayan şəxs tutulub. Bu haqda 26 yanvar tarixində Report məlumat verib.

Səbail rayonunda yanvarın 22-də Bakı şəhər sakini M.Seyidova məxsus, içərisində 2500 manat dəyərində 2 ədəd mobil telefon və Oğuz rayon sakini R.Səmədova məxsus, içərisində 600 manat dəyərində adapter, yaddaş kartı və poverbank olan çantalar oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.