Bakıda ictimai nəqliyyatda maskadan istifadə etməyənlər cərimələnib. Bu haqda 29 yanvar tarixində Report məlumat verib.

Xətai, Binəqədi, Nəsimi, Səbail, Sabunçu və Suraxanı rayonlarında yoxlamalar keçirilib. Tibbi maska taxmayan vətəndaşlarla profilaktik söhbətlər aparılıb. Qaydalara riayət etməyən sərnişin və sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq olunub.