1 fevral tarixindən etibarən 8 noyabr prospektində təmir işləri aparılacaq. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Azəravtoyola istinadən məlumat verir.
Avtomobil yolunda asfalt örtüyünün deformasiya olunmuş hissələri bərpa olunacaq. Prospektdə ancaq təmir işləri aparılan zolağa məhdudiyyət qoyulacaq.
“Sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”,- deyə qurum əlavə edib.