2-5 fevral tarixlərində beynəlxalq qaçış/yürüş kampaniyası təşkil ediləcək. Bu haqda BakuPlus Ekologiya və Təbii Sərvətlər Naziliyinə istinadən xəbər verir.

Bu xüsusda, 3 fevral tarixində IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən su-bataqlıq ərazilərinə həsr olunmuş yürüş aksiyası keçiriləcək.

Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə bağlı keçiriləcək tədbir Bayraq meydanı – Dənizkənarı Milli Parkda saat 11:00-da baş tutacaq.

Qaydalar sadədir: qeydiyyatdan sonra verilən nömrəli stikeri yaxanıza yapışdıraraq 1-42 km arasında istənilən məsafə qaça bilərsiniz.

Qeydiyyat üçün:

  • https://www.minaguli.com/ linkinə daxil olub formanı doldurun
  • Formanı dolduran zaman 1-42 km arasında istənilən məsafəni seçib qeyd edin
  • “Running as part of a group”, yəni qrup ilə qaçdığınızı və boş bölməyə qrupun adını “IDEA” olaraq qeyd edin
  • Daha sonra emailinizə qaçış nömrəli stiker göndərilicək
  • Həmin stikeri [email protected] emailinə göndərib yürüşə gəlin

Yürüş 2019-cu ildə Mission Blue təşkilatı tərəfindən “Ümid yeri” kimi bəyan edilən Qızılağac Milli Parkına həsr edilir.