Bakıda avtobusu vuran avtomobilin sürücüsü ondan pul tələb edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

İnsident bu gün, 12:00 radələrində paytaxt ərazisində baş verib. 99-OV-862 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin geriyə hərəkət edərək 99-JZ-460 qeydiyyat nişanlı avtobusa çırpılması sərnişin avtobusun təhlükəsizlik kameralarına düşüb.

Sürücülər nəqliyyat vasitəsini yolun hərəkət hissəsində tərk edib hadisəni müzakirə ediblər. Daha sonra hadisəni törədənlər avtobus sürücüsündən pul tələb ediblər.