10-13 fevral tarixlərində Bakıda yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçiriləcək. Bu haqda BakuPlus.az xəbər verir.
Təlim “Yayım mediasında və rəqəmsal platformalarda storitellinq (hekayəçilik), hədəf auditoriyası və nəticələrin ölçülməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Təlimçi qismində USAID-in beynəlxalq media mentorluq dərəcəsini almış jurnalistlər Samirə Həsənli və Ramil Zeynallı olacaqlar.
Seçiləcək 10 jurnalist təlimin sonunda praktiki media məhsulları hazırlayacaq.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçməyiniz mütləqdir.
“Baku Community Space”-də keçiriləcək təlim üçün son müraciət tarixi 8 fevraldır.