Bakıda qanunsuz parklanmaya qarşı mübarizə davam edir.
Paytaxt ərazisində qanunsuz parklanmaya və “parkovşik”lərin fəaliyyətinə qarşı mübarizə davam edir. Bu haqda bu gün, 1 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, yolun kənarında ikinci və ya sonrakı cərgələrdə, səkilərdə, hərəkət hissələrinin kəsişməsində və ya kəsişməyə 5 metrdən az məsafədə park edən sürücülər 40 manat cərimə olunacaqlar.
Bundan əlavə, qanunsuz parklanma yerlərinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimələnəcəklər.