Bakının Yasamal rayonunda, keçmiş “Sovetskaya” ərazisində təmir-tikinti işləri aparılır. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az məlumat verir.

Bu günlərdə N.Nərimanov prospekti 205-də XXI əsr məktəbinin yanında işlər yekunlaşıb. Belə ki, məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə prospektin əsas hissəsindən, məktəbdən yan keçməklə ona bitişik binanın həyətinə yeni giriş yaradılıb.

Nəriman Nərimanov prospekti ilə kəsişən M.A.Əliyev küçəsində hazırda asfalt örtüyü yenilənir.

Nəriman Nərimanov prospekti 101 ünvanında yolun hərəkət hissəsində asfalt örtüyü, kanalizasiya quyuları, səkilərdə isə tamet örtüyü dəyişdirilir. Hər iki sahədə ağır texnika və insan gücü istifadə olunur.

Həmçinin qeyd olunan ərazidə, 173 saylı orta məktəbin yaxınlığında Mərkəzi parkın yeni hissəsinin inşası davam etdirilir. Nəzərdə tutulmuş sahədə gənc ağaclar əkilib, cığır sistemi yaradılıb.

Nərimanov prospekti ərazisində yollar təmir olunur, park salınır

Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az Foto Bakuplus.az Foto Bakuplus.az Foto Bakuplus.az