Bakıda binaların həyətlərindəki süni maneələr yığışdırılır. Bu haqda bu gün,  4 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hazırda Nizami rayonunda təmizlik işləri aparılır. Məhəllələrdəki beton parçaları götürülür, basdırılmış dirəklər, süni şlaqbaumlar sökülür.

Həyətlərdə giriş-çıxışların və keçidlərin süni maneələrlə bağlanmasına qarşı qanunamüvafiq tədbirlər FHN tərəfindən davam etdiriləcək.