AZAL Təl-Əviv-Bakı aviareysinin sərnişinlərinə müraciət edib. Bu haqda 4 fevral tarixində Report məlumat verib.

Təl-Əviv hava limanında sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi məqsədi ilə işlər görüləcək. Bu səbəbdən sərnişinlər fevralın 21-dən martın 7-nə qədər Ben Qurion adına Beynəlxalq Hava Limanının birinci terminalından qeydiyyatdan keçməlidirlər.