Paytaxtın Binəqədi rayonunda fəhlə iş yerində ölüb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.

65 yaşlı Məlikməmməd Ağayev Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodunda 2.5 metr hündürlükdən yıxılıb. O, başından aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayə işi başlanılıb. Araşdırmalar davam edir.