Bakıda bəzi rayonlarda suyun verilişində fasilələr olacaq. Bu haqda BakuPlus.az “Azərsu” ASC-ə istinadən 11 fevral tarixində xəbər verir.
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.