12 fevral tarixində Bakıda “Qan verib can olmaq üçün sən də gəl!” adlı qanvermə aksiyası keçiriləcək. Bu haqda BakuPlus.az 11 fevral tarixində xəbər verir.
Saat 10:00-17:00-da baş tutacaq aksiya Park Bulvar ticarət mərkəzinin 2-ci mərtəbəsində təşkil olunacaq.
Qan donoru olmaq üçün hemoqlobin səviyyəsi kişilərdə minimum 13.5 g/dl, maksimum 18.0 g/dl, qadınlarda isə minimum 12.5 g/dl, maksimum 16.5 g/dl olmalıdır.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 55 596 68 95