Bakının Dərnəgül qəsəbəsində fevralın 11-i axşam saatlarında zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az məlumat verir.

Eyni istiqamətdə hərəkət edən “Volkswagen”, “Porsche” minik avtomobilləri və sərnişin daşıyan “Ford Transit” mikroavtobusu toqquşublar. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə isə maddi ziyan dəyib.