Nərimanov rayonunda gecə vaxtı aparılan inşaat işləri sakinlərin narazılığına səbəb olur. Bu haqda 12 fevral tarixində ARB 24 məlumat verib.
Əliəşrəf Əlizadə və Təbriz küçələrinin kəsişməsində 16 mərtəbəli yaşayış binasının həyətində inşaat işləri aparılır. İşlərin gecələr davam etməsi sakinləri narahat edir. Onların sözlərinə görə, texnikaların səsindən yatmaq mümkün olmur.
Tikinti şirkətinin nümayəndəsi isə deyir ki, işlərin gecə saatlarında aparılmasına səbəb təmir-tikinti işlərində istifadə olunan materialları daşıyan yük maşınlarının axşam saat 8-dən əvvəl şəhərə girişinə icazə verilməməsidir.
Qanunvericiliyə əsasən, binalar səs-küy və titrəyişin insan sağlamlığına təhlükə törətməməsi şərtləri ilə tikilməlidir.
