Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 14 fevral tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.