Xətai rayonunda şagirdlər arasında kütləvi dava olub. Bu haqda 15 fevral tarixində Oxu.az məlumat verib.
Əhmədli qəsəbəsində yerləşən 116 nömrəli tam orta məktəbin şagirdləri arasında kütləvi dava baş verib. Məktəbin iki X sinif şagirdləri arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Problemi həll etmək üçün onlar çöldə görüş təyin ediblər və bir-birini döyüblər. Daha sonra dava kütləvi hala çevrilib.
Məlum olub ki, münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak edib. Davada iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağırılıb. Həmçinin məktəbə polis dəvət olunub.