Bakıda telefon oğruları saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən 15 fevral tarixində xəbər verir.

4 fevral tarixində Yasamal rayonu ərazisində, avtobusda qadın sərnişinin 2900 manatlıq “İphone 12” markalı mobil telefonunu soyğunçuluq yolu ilə əlindən almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər.

Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı