Bakıda cins atların yarışı keçiriləcək. Bu haqda BakuPlus.az Report-a istinadən xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə İlk olaraq cıdır yarışlarına Bakı Dövlət Cıdır Meydanında start verilməsi barədə qərar qəbul olunub. Cıdır meydanında yerli və xarici mütəxəssislərin iştrakı ilə cııdır zolağının beynəlxalq yarış standartlarına cavab verməsi üçün işlərə başlanılıb.
Yaradılacaq digər İşçi Qrup atların DNT təhlillərinin daha təkmilləşdirilmiş şəkildə davam etdirilməsi işi ilə məşğul olacaq, atların identifikasiya prosesinə dəstək göstərəcək.
Yekunda atlara dünya standartına cavab verən pasportlar veriləcək. Həmin pasportlarla xaricə satılan atların daşınması da mümkün olacaq.
Atların identifikasiyası prosesinin yekunu olaraq Damazlıq Kitabının bərpa olunması və davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.
Ən qısa zamanda milli cins atların cıdır yarışlarına start verilməsi üçün bütün zəruri addımlar atılacaq.