Bakıda keçmiş məhkumdan silah-sursat aşkarlanaraq götürülüb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən 15 fevral tarixində xəbər verir.

Səbail rayonu 9-cu Polis şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursatın saxlanması barədə daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılıb. Onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib.

Saxlanılan şəxs ifadəsində, yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib. Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silahı, 1 ədəd daraq və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.