Paytaxtın Xətai rayonu, Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində təmir işləri aparılacaq. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Azəravtoyola istinadən xəbər verir.
Yenidənqurma işləri 16 fevral 21:00-dan etibarən 17 fevral səhər saatlarına qədər davam edəcək. Bununla əlaqədar ərazidə hərəkət qismən məhdudlaşdırılacaq.
“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik,”- deyə qurum əlavə edib.