Paytaxtın Xətai rayonu, Oksigen küçəsində yerləşən binalardan biri qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Binanın divarları çöldən dəmir konstruksiyalar ilə bərkidilib, ancaq çatların qarşısını almaq mümkün olmur. Sakinlər tikilinin hər an uça biləcəyindən narahatdırlar.

“FHN-in komissiyası gəlib aktını yazıb, Bakı şəhər İcra Hakimiyyəti də deyir ki, ona görə gözləyin sizə ya kompensasiya verilər, ya mənzil. Nə qədər gözləmək olar?”, – deyə sakinlərdən biri öz narazılığını bildirib.

Sakinlərdən bəziləri isə 20 ildən artıqdır başqa yerdə məskunlaşıblar.

“Hazırda yarımçıq tikilmiş göz xəstəxanası var, qaçqınlar qalan bina, orada yaşayırıq”, – deyə digər sakin bildirib.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, qəzalı binaların sökülməsi və sakinlərin yerləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarından asılıdır. Yəni sakinlər həmin qərarı gözləmək məcburiyyətindədir.

screen Xəzər Xəbər
screen Xəzər Xəbər