Bakıda qadın meyiti tapılıb. Bu barədə 18 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

FHN qaynar xəttinə Bakının Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.

FHN əməkdaşları qapını açandan sonra mənzildə qadın meyiti aşkar ediblər. Dünyasını dəyişən şəxs 82 yaşlı Qızbikə Mahmudovadır.

Meyit aidiyyəti üzrə təhvil verilib.