Bakıda baş vermiş yanğın söndürülüb. Bu haqda Baku Tv 21 fevral tarixində reportaj hazırlayıb.
Binəqədi rayonunda park ərazisində qeydə alınmış yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Hazırda tüstülənmə işlərinin qarşısı alınır.
İstirahət parkında istifadə eidlməyən ümumi sahəsi 340 kvadratmetr olan tikilinin 100 kvadratmetr sahəsi yanıb.
FHN məlumatına əsasən 18 nəfər canlı qüvvə, 3 texnikanın cəlb olunduğu yanğın zamanı xəsarət alan yoxdur.
Park ərazisindəki iaşə obyekti SSRİ zamanlarında açıq hava kinoteatrı kimi istifadə olunub.
Yanğın zamanı ətrafdakı yaşıllığa ziyan dəyməyib.