Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 24 fevral tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 poqonometr kabel yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.