Paytaxtın Xətai rayonunda artilleriya mərmisi aşkarlanıb. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Əraziyə giriş məhdudlaşdırılıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Aşkarlanmış 305 mm-lik dəniz artilleriya mərmisi ərazidən uzaqlaşdırılıb.
Sahədə digər sursat tapılmayıb.
Xətai rayonunda hərbi sursat aşkarlanıb



