Sabah, 26 fevral tarixində Bakıda bir sıra yollar bağlanacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Xətai rayonu, Xocalı prospektində “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək. Milli Məclis binasına və Mikayıl Müşfiq prospektinə doğru bütün kəsişmələr bağlanacaq. Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərəliyeva istiqamətində hərəkət dəyişdiriləcək, Neftçilər prospektinə giriş tamamilə bağlanacaq.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə yollar səhər saat 07:00-dan tədbirlər bitənədək bağlı qalacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Mərasimdə iştirak etmək istəyənlərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.