Bakıda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb. 3 nəfərin xəsarət aldığı hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 2 mart tarixində xəbər verir.
Rayonun 20-ci sahə adlanan ərazisində “Ravon” markalı maşınla “Daewoo” markalı avtomobilin toqquşması nəticəsində 25 yaşlı Heybət Məhərrəmov, onun həyat yoldaşı, 24 yaşlı Şəbnəm Məhərrəmova, digər avtomobildə olan Elşən Hacıyev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Araşdırmalar davam edir.