Bakıda hərbi sursatlar aşkarlanıb. Bu haqda 4 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qaradağ rayonu ərazisində hərbi sursatlar aşkar edilib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Baxış zamanı döyüş tətbiqinə yararlı 2 ədəd 125 mm-lik BK-14M mərmisi, 2 ədəd 125 mm-lik OF-26 mərmisi, 1 ədəd PQ-9 reaktiv qumbarası, 3 ədəd OQ-9, 1 ədəd OQ-7V və təlim-atış məqsədli 9 ədəd PQ-9 reaktiv qumbaralarının fraqmentləri, 33 ədəd PQ-7 VM və OQ-9 qumbaraları tapılıb.
Sursatlar çevik qrupun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.