Paytaxtın Binəqədi rayonunda AQTA tərəfindən reyd keçirilib. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

Keçirilən reyd zamanı aşağıdakı ünvanlarda yerləşən məntəqələrdə nöqsanlar müəyyən edilib:

  • Mir Cəlal küçəsi – 4 məntəqə
  • İ.Cümşüdov küçəsi – 2 məntəqə
  • S.Məmmədova küçəsi – 2 məntəqə
  • A.Məmmədov küçəsi – 2 məntəqə
  • H.Babaşov küçəsi, 6 – 1 məntəqə
  • M.Kazımovski küçəsi, 130 – 1 məntəqə
  • Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi – 2 məntəqə
  • M. Ə. Rəsulzadə qəsəbəsi, 22 – 1 məntəqə
  • Xutor yaşayış massivi, E. Babayev küçəsi – 2 məntəqə

Qeyd olunan obyektlərin ət üçün nəzərdə tutulmuş dəmir konstruksiyaları sökülüb, sahiblərinə ciddi xəbərdarlıq edilib.

Reydlər davam etdirilir.