Xocavəndə icazəsiz daxil olan paytaxt sakinləri saxlanılıb. Bu haqda 7 mart tarixində Report məlumat verib.

Bakı şəhər sakinləri F.Məmmədov, Q.Məmmədov və T.Süleymanov  Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində saxlanılıblar. Onlar mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan daxil olublar.

Onların “Mercedes” markalı yük maşınından dəmir borular, metal tullantıları və s. aşkar edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol yazılıb. F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs ediliblər, T.Süleymanov isə cərimə olunub.