Səbail rayonunda insanları aldadaraq pul dilənən qadın yenidən peydə olub. Bu haqda 11 mart tarixində Bakuplus.az saleh.nasirov səhifəsinə istinadən məlumat verir.
Hava qaralan kimi “Torqovaya”-ya çəhrayı gödəkçədə orta yaşlı qadın çıxır, sakinlərə yaxınlaşır və ingiliscə səlis danışaraq pul dilənir. O, insanlara uydurulmuş hekayə danışır ki, sanki Amerikadan gəlib, hamilədir və bank kartını bankomatlar götürmədiyinə, və ya kart blok olunduğuna görə hava limanına gedə bilmir. Sakinlərdən 10-20 manat taksi pulu istəyir.
Sakinlər həm də deyir ki, bu yaxınlarda dilənçi qadın “Nargiz shop” dükanına girərək dava salıb, dükanı dağıdıb, satıcı xanımı döyüb və təhqir edib. “Torqovaya”-da yaşayanlar isə bildiriblər ki, bu xanım yaydan bu işlə məşğuldur.