Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisinə verilən ittiham sərtləşdirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 mart tarixində xəbər verir.
Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində Qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayevin sözlərinə görə R.Hacıyevin barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin Xuliqanlıq maddəsi bu Məcəllənin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib: “Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır”.
Qəsəbə sakini olan R.Hacıyev 2021-ci il dekabrın 16-da Pirşağıda münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməkdə şübhəli bilinir.